
Bakı. Trend:
ABŞ-ın şimal-şərqində yağan güclü qar səbəbi ilə 5 mindən çox
uçuş təxirə salınıb və təxminən 700 uçuş ləğv edilib.
Trend xəbər verir ki,
Nyu-York metropoliten ərazisində yerləşən üç əsas hava limanı ən
çox zərər çəkənlər arasındadır. Ötən gün isə 8500-dən çox uçuş
gecikib və 1700 reys ləğv edilib.
Federal Aviasiya Administrasiyasının məlumatına görə, Con
Kennedi Beynəlxalq Hava Limanına uçuşlar şənbə səhəri orta hesabla
təxminən iki saat təxirə salınıb.


