Serbiya yaxın gələcəkdə pilotsuz uçuş aparatların istehsalına başlayacaq

Baş səhifə

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandar Vuçiç qlobal gərginliyin artması
və milli təhlükəsizliyin gücləndirilməsi zərurəti səbəbindən ölkədə
pilotsuz uçuş aparatlarının (PUA) genişmiqyaslı istehsalına
başlanacağını elan edib.

Trend xəbər verir ki, o, bu
barədə Müdafiə Nazirliyi və Serbiya Silahlı Qüvvələrinin Baş
Qərargahı üçün yeni kompleksin təməlqoyma mərasimində jurnalistlərə
bildirib.




“Biz çoxlu sərmayə qoyuruq. Ehtiyatımızda nə qədər dron olduğunu
görüb təəccüblənəcəksiniz. Mart ayının sonunda böyük bir dron
istehsalı zavodunun açılışını gözləyirəm. İstehsal burada,
Serbiyada təşkil ediləcək”, – deyə dövlət başçısı qeyd edib.