Medianın İnkişafı Agentliyi Səməd Seyidovun adından yayılan “deep fake” videoya münasibət bildirib

Baş səhifə

Bakı. Trend:

Bəzi sosial şəbəkə hesablarında Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd
Seyidovun adından “deep fake” texnologiyası ilə hazırlanmış,
reallığı əks etdirməyən açıqlama yayılıb.

Medianın İnkişafı Agentliyindən Trend-ə bildirilib ki, süni intellektin köməyi
ilə hazırlanan bu saxta videogörüntü ictimai rəyi çaşdırmağa
yönələn kobud manipulyasiya nümunəsidir.




“Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya
inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin
informasiya agentlikləri və digər peşəkar media subyektlərindən
əldə etməyə çağırırıq.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu
kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta
və yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyaları
ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq
olmağa səsləyirik”, – deyə Medianın İnkişafı Agentliyinin
məlumatında bildirilib.