
Bakı. Trend:
Paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində nəqliyyat
vasitələrinin axıcılığının təmin edilməsi məqsədilə yeni layihə
icra olunub.
Trend xəbər verir ki, bu
barədə AYNA məlumat yayıb.
Bildirilir ki, küçədə hərəkət zolaqlarının nişanlanması
yekunlaşıb.
Dəyişiklik nəticəsində Abbasqulu ağa Bakıxanov küçəsinin Səməd
Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə
kəsişməsinədək olan hissəsində darboğaz effekti aradan qaldırılıb,
hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılıb.


