Fransa Moldovanın keçmiş baş nazirini beynəlxalq axtarışa verib

Baş səhifə

Bakı. Trend:

Fransa hökuməti Moldavanın keçmiş baş naziri Vladimir Filatı
İnterpolun xətti ilə axtarışa verilib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Moldova DİN mətbuat katibi
Diana Fetko jurnalistlərə açıqlama verib.

Bundan əvvəl Filat məhkəmənin qərarı ilə çirli pulların
yuyulması ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum
edilmişdi.

Filat bildirib ki, Fransada çıxarılan hökm Kişinyovun təsiri
altında verilib.




Moldova öz vətəndaşını Fransaya ekstradisiya edə bilməz, lakin
iki ölkənin hüquq-mühafizə orqanları ittihamların tanınması və
cəzanın Moldova ərazisində icra olunması barədə razılığa gələ
bilərlər.

KİV-in məlumatına görə, iş Filatın və həyat yoldaşının 2012 və
2014-cü illərdə Fransanın cənub-şərqində əldə etdikləri daşınmaz
əmlakla bağlıdır. Hüquq-mühafizə orqanları hesab edir ki, bu əmlak
korrupsiya fəaliyyəti nəticəsində əldə olunmuş vəsait hesabına
alınıb.

Filat hazırkı prezident Maya Sandunun siyasətinin kəskin
tənqidçilərindəndir. 2016-cı ilin iyununda Moldovada məhkəmə Filatı
şəxsi mənfəət əldə etmək məqsədilə vəzifə səlahiyyətlərindən
sui-istifadə və passiv korrupsiya ittihamları ilə təqsirli bilib və
onu doqquz il müddətinə azadlıqdan məhrum edib. O, bu cəzanın
təxminən dörd ilini həbsdə çəkdikdən sonra azadlığa buraxılıb.
Filat özünü təqsirli hesab etməyib və bildirib ki, onu həbsxanaya
göndərən hakim koalisiyadakı keçmiş tərəfdaşı, Demokrat
Partiyasının lideri Vladimir Plahotnyuk olub.