
Bakı. Trend:
“Fənərbaxça”nın baş məşqçisi Domeniko Tedeskonun qərarı ilə əsas
komandadan uzaqlaşdırılmış İrfan Can Kahveci karyerasını
İngiltərədə davam etdirə bilər.
Trend xəbər verir ki, Acun
Ilıcalının sahibi olduğu “Hall Siti” türkiyəli vingeri transfer
etmək istəyir.
Super Liqa nəhəngi İrfan Canın satışından 10 milyon avro gəlir
əldə etməyi düşünür. Klublar arasındakı danışıqların pozitiv
keçdiyi və anlaşma əldə olunmaq ehtimalının yüksək olduğu
bildirilir.
Qeyd edək ki, “Fənərbaxça” İrfan Can Kahvecini 2021-ci ilin
yanvar ayında “Başakşehir”dən transfer edib.


