
Bakı. Trend:
2025-ci il ərzində fəaliyyətində fərqlənən vəkillər və vəkil
qurumları mükafatlandırılıb.
Trend xəbər verir ki, bu
barədə bu gün Vəkil Günü peşə bayramı münasibətilə keçirilən
mərasimdə elan olunub.
Qeyd edilib ki, il ərzində cinayət işləri üzrə ən çox – 5 bəraət
əldə edən Lənkəran şəhər Vəkil Bürosunun vəkili Həsənov İbarət Əhəd
oğlu ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkili İsayev Elşad
Nəsrəddin oğlu “İlin vəkili”, Kollegiyanın ictimai fəaliyyətinə
verdiyi töhfəyə görə “Pro Bono” Vəkil Bürosu “İlin vəkil qurumu”,
il ərzində sosial aksiyaların keçirilməsində fəallığına görə Qadın
Vəkillər Alyansı “İlin vəkil komitəsi”, VK-nın ictimai fəaliyyətinə
verdiyi töhfəyə görə Deontologiya Komitəsi “İlin vəkil komitəsi” və
il ərzində keçirilən təlimlərdə fəal iştirakına görə “Universal”
Vəkil Bürosunun vəkili Piriyev Vəfadar Namiq oğlu isə “İlin təlimçi
vəkili” elan olunub.


