
Növbəti il üçün ödənişsiz hüquqi yardıma dövlət büdcəsindən 9 milyon manat pul ayrılıb.
“Report” xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov “Vəkil Günü” peşə bayramı münasibətilə keçirilən andiçmə və təltifolunma mərasimində deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı vəkilliyin institusional müstəqilliyinin gücləndirilməsinə əsaslı töhfə verib:
“Fərmana əsasən dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsait birbaşa Vəkillər Kollegiyasına ayrılıb. Xüsusilə qeyd olunmalıdır ki, 2025-ci ildə vəkillərə ödənilən haqqın saatda 6 manatdan 11 manata qaldırılması da bu siyasətin ardıcıl davamının bariz nümunəsidir. Bu proseslərin həyata keçirilməsində Kollegiyanın Hüquqi Yardım Mərkəzinin rolu danılmazdır”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


