
Bakı. Trend:
Argentinalı futbolçu Lionel Messi Kataloniyanın “Barselona”
klubuna qayıda bilər.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, futbolun canlı əfsanəsi öz karyerasını başa
çatdırdıqdan sonra ona klubun rəhbərliyində vəzifə verilə bilər.
Belə bir variantın artıq Katalon klubunda müzakirə olunduğu
deyilir.
Lionel Messi “Barselona”nın yetirməsidir. O, əsas komandanın
heyətində 2003-2021-ci illərdə çıxış edib. Bu müddət ərzində 835
oyunda meydana çıxan Messi 709 qol vurub.
O, “Barselona” ilə dörd dəfə Çempionlar Liqasının qalibi olub,
2022-ci ildə Argentina millisinin heyətində dünya çempionu adını
qazanıb, iki dəfə Amerika Kubokunu qazanıb və səkkiz dəfə “Qızıl
top” mükafatına layiq görülüb.
Messi “Barselona”nın heyətində ümumilikdə 35 titul qazanıb,
Argentina millisi ilə altı kubok əldə edib, üç titul isə ona PSJ-də
təqdim olunub.


