Biləsuvarda işıq olmayacaq

Baş səhifə

Bakı. Trend:

Dekabrın 27-də Biləsuvar Elektrik Şəbəkəsinin ərazisində
110/35/10 kV-luq yarımstansiyada 10 mVA gücündə transformator 20
mVA gücündə transformatorla əvəz olunacaq.

Bu barədə Trend-ə “Azərişıq” ASC-dən məlumat verilib.




Bildirilib ki, yarımstansiyada həyata keçirilən gücləndirmə
işləri ilə əlaqədar saat 11:00-dan 12:30-dək şəhər ərazisində və
rayonun bir sıra hissələrində elektrik enerjisinin verilişində
məhdudiyyət yaranacaq.

“Təmir və gücləndirmə işləri başa çatdıqdan sonra yaşayış
məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”,
– məlumatda vurğulanıb.