Bakı. Trend:
Tailand və Kamboca arasında atəşkəs barədə sənəd imzalanıb.
Trend xəbər verir
ki, sənəd ortaq sərhəd komitəsinin 3-cü xüsusi görüşünün yekununda
təsdiqlənib.
Görüş Tailandın Çanthaburi və Kambocanın Pailin əyalətləri
arasındakı sərhəd-keçid məntəqəsində baş tutub. Kamboca heyətinə
Baş nazirin müavini və milli müdafiə naziri Tea Seiha, Tailand
heyətinə isə müdafiə naziri Nattaphon Narkphanit rəhbərlik edib.
Görüşdə ASEAN müşahidə qrupu iştirak edib.
Qeyd olunur ki, dekabrın 7-də Tailand-Kamboca sərhədində silahlı
toqquşmalar başlayıb. Hər iki tərəfdən həm hərbçilər, həm də mülki
şəxslər arasında ölən və yaralananlar olub. Sərhədboyu ərazilərdən
100 minlərlə sakin təxliyə edilib.

