Bakı. Trend:
Avropada hər il təxminən 800 000 insan alkoqol qəbulu ilə
əlaqədar həyatını itirir.
Trend xəbər verir
ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilib ki, Avropa dünyada spirtli içkilərin ən çox istehlak
edildiyi regiondur. Regionda alkoqol istifadəsi hər il təxminən 800
min ölümə səbəb olur ki, bu da hər on bir ölümdən birinə
bərabərdir.
ÜST ekspertləri qeyd ediblər ki, heç bir başqa psixoaktiv maddə
bu qədər çox xəsarət və ölüm halları ilə əlaqəli deyil. Bu
göstəricilər həm yol-nəqliyyat hadisələri nəticəsində baş verən
ölümlərə, həm də özünə zərərvermə hallarına aiddir.

