Bakı. Trend:
ABŞ-nin Aydaho ştatı, Uolles şəhərində Şoshone dairəsi şerifinin
ofisində baş verən atışma nəticəsində ən azı iki nəfər
yaralanıb.
Trend xəbər verir
ki, məlumatı yerli “Kanal 2” polisə istinadən yayıb.
Hadisə zamanı silahlı şəxs iki nəfəri yaralayıb və daha bir neçə
nəfəri girov götürüb. Kootenay dairəsinin şerifi Bob Norris daha
sonra kanala şübhəlinin zərərsizləşdirildiyini təsdiqləyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda hadisə yerində
işləyir. Yaralıların vəziyyəti və atışmanın səbəbləri barədə
hələlik məlumat verilməyib.

