“Microsoft” Windows 11-də RAM istifadəsinin azaldıldığını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

“Microsoft” korporasiyası “Windows 11” əməliyyat sisteminə
inteqrasiya olunmuş fayl meneceri “File Explorer”in artıq daha az
operativ yaddaş (RAM) sərf etdiyini bəyan edib.

Trend bu barədə
“Windows Latest” nəşrinə istinadən xəbər verir.




Məlumata görə, yeni funksiya “Windows 11 Build 26220.7523”
versiyasında sınaqdan keçirilir. Funksiya aktivləşdirildikdə “File
Explorer” faylların indeksləşdirilməsi zamanı təkrarlanan
əməliyyatları avtomatik şəkildə aradan qaldırır.

“Microsoft”un izahına əsasən, fayl menecerinin interfeysi
üzərindən sənədlərin axtarışı zamanı əməliyyat sistemi əvvəlki
versiyalarla müqayisədə daha az operativ yaddaş istehlak
edəcək.