“Beşiktaş”ın iki təcrübəli futbolçusu əsas komandadan uzaqlaşdırıldı

Baş səhifə

Bakı. Trend:

“Beşiktaş”ın iki təcrübəli futbolçusu baş məşqçi Sergen Yalçının
qərarı ilə əsas komandadan uzaqlaşdırılıb.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, müdafiəçi Necip Uysalla qapıçı Mert Günoka
özlərinə klub tapmaq göstərişi verilib. Neciplə Mert klubun gələcək
planlarına daxil deyil. Onlar özlərinə yeni klub tapana kimi
kollektivdən ayrı məşq edəcəklər.

Qeyd edək ki, Necip Uysal “Beşiktaş”ın akademiyasının
yetirməsidir.