
Bakı. Trend:
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovla
Mentorluq Proqramı çərçivəsində növbəti görüş keçirilib.
Görüş zamanı AZAL-ın strateji baxışı, şirkətin inkişaf
prioritetləri, eləcə də dəyişən aviasiya bazarına uyğunlaşma
istiqamətində planlaşdırılan əsas addımlar barədə müzakirələr
aparılıb. Hədəflərin reallaşdırılmasında vahid yanaşmanın, daxili
koordinasiyanın və dayanıqlı inkişaf prinsiplərinin roluna ayrıca
toxunulub.
Həmçinin komanda işi mədəniyyətinin gücləndirilməsi, müxtəlif
komandalar arasında effektiv əməkdaşlığın qurulması və liderlik
bacarıqlarının inkişaf etdirilməsi mövzularında fikir mübadiləsi
aparılıb.
Şahlar bəyə peşəkar fəaliyyətində uğurlar diləyir, qarşıya qoyduğu
hədəflərə çatmasını və karyerasında davamlı yüksəliş arzulanıb.

