
Bakı. Trend:
Suriyanın Homs şəhərində yerləşən İmam Əli məscidində terror
aktı törədilib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, cümə namazı zamanı törədilən partlayışda
nəticəsində azı 3 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal
edilir.
Hadisənin təfərrüatları barədə məlumat verilmir. Hələlik heç bir
qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.


