
Bakı. Trend:
Tailand-Kamboca sərhədində gərginlik davam edir. Son məlumatlara
görə, Tailand qoşunları sərhədyanı mübahisəli bölgə sayılan Sakeuya
daxil olaraq bir sıra strateji əhəmiyyətli rayonları nəzarətə
götürüb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Tailand Quru Qoşunlarının Birinci Hərbi Dairəsinin bəyanatına
əsasən, “Burafa” əməliyyat qrupu Ban-Khloq-Phenq, Ban Nonq-Ya-Keu
və Ban-Nonq-Çan adlı məntəqələri tutub. Hazırda hərbçilərin
potensial əks-hücumlara qarşı tutduqları ərazilərdə mövqelərini
möhkəmləndirməkdə olduqları bildirilir.
Xatırladaq ki, Tailand Silahlı Qüvvələri dekabrın 8-də Kamboca
ilə sərhəddə yerləşən Sakeu əyalətində “Burafa” əməliyyatına
başlanıldığını elan edib.


