Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər

Baş səhifə
Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər

Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə deyib.

“Bizim çox gözəl dəniz istirahət zonalarımız, xizək zonalarımız var. Güclü infrastruktur yaradılıbdır. Yollar, dəmir yolları, 9 beynəlxalq hava limanı, yəni şəhərlər arasındakı bağlantılar da müasirləşir. Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur işləri görülür. Artıq orada da – Köndələnçay su anbarında, Suqovuşan su anbarında yarışlar keçirilir. Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər. Yəni ölkəmizin bu cür inkişafı, o cümlədən idman sektoruna da müsbət təsir göstərir”, – deyə dövlət başçısı vurğulayıb.