
Polşa millisinin keçmiş yarımmüdafiəçisi Qjeqoj Krıxovyak ölkəsində 40 yaşadək ən varlı insanların siyahısına daxil olub.
“Report” “Wrpost”a istinadən xəbər verir ki, 35 yaşlı futbolçu 109 milyon zlotı (24,8 milyon avro) sərvəti ilə siyahıda sonuncu – 40-cı yerdə qərarlaşıb.
Q.Krıxovyak çoxlu kiçik mağaza sahibi olması ilə tanınır. Həmçinin Polşa və Fransadakı daşınmaz əmlaklarından, o cümlədən fond bazarındakı investisiyalarından gəlir əldə edir.
Qeyd edək ki, futbolçu karyerası ərzində “Reyms”, PSJ (hər ikisi Fransa) “Sevilya” (İspaniya), “Vest Bromviç” (İngiltərə) kimi komandaların formasını geyinib. O, 2008-2023-cü illərdə Polşa millisinin heyətində meydana çıxdığı 100 oyunda 5 qol vurub.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


