
Bakı. Trend:
“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar)
barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə sonuncu
məhkəmə prosesi keçirilib.
Trend xəbər
verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hökm
oxunub.
Hökmə əsasən, təqsirləndirilən İsfəndiyar Axundova (Şərurlu
İsfəndiyar) bəraət verilib.
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin
147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham
qaydasında şikayət edilib.


