
Bu il Azərbaycanda 4333 xarici kvalifikasiya tanınıb.
“Report” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekununa dair keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, quruma xarici kvalifikasiyaların tanınması ilə bağlı 6033 müraciət daxil olub:
“Bunlardan 5167 müraciətin ekspertizası həyata keçirilib, 866 müraciətin ekspertizası isə davam edir. Ekspertiza nəticəsində 4333 müraciət üzrə müsbət rəy verilib və onlara xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 834 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınmaması barədə mənfi rəy verilib. Faiz göstəricisində mənfi rəyin ümumi saya olan nisbəti 16,1 % təşkil edir”
Sədr vurğulaylb ki, mənfi rəyin verilməsinə ən çox aşağıdakı faktorlar səbəb olub:
“Tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma səbəbilə 495 imtina, əhəmiyyətli fərq (ixtisas və qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunan kredit sayı) səbəbilə 122 imtina, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (ixtisas ve qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunan kredit sayı) səbəbilə 42 imtina, autentik (həqiqi) olmayan diplom səbəbilə 30 imtina, “Açıköğretim” təhsilalma forması səbəbilə 29 imtina, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 27 imtina, ekvivalenti olmayan ixtisas səbəbilə 9 imtina, bbakalavr diplomu üzrə kvalifikasiya tanınmadığıüçün magistr diplomuna imtina verilməsi səbəbilə isə 8 imtina olub”.
Xəbər yenilənir…
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


