Tramp: ABŞ Ordusu Nigeriyada İŞİD yaraqlılarına zərbələr endirib

Baş səhifə
Tramp: ABŞ Ordusu Nigeriyada İŞİD yaraqlılarına zərbələr endirib

ABŞ-nin Silahlı Qüvvələri Nigeriyada İŞİD terror qruplaşmasının yaraqlılarına zərbələr endirib.

“Report”un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bu barədə özünün “TruthSocial”dakı səhifəsində yazıb.

Vaşinqton administrasiyasının rəhbəri bildirib ki, onun əmri ilə ABŞ Nigeriyanın şimal-qərbində əsasən günahsız xristianları amansızlıqla qətlə yetirən İŞİD yaramazlarına güclü və ölümcül zərbə endirib. Onun sözlərinə görə, Pentaqon bir sıra dəqiq zərbələr endirib.