Bakı. Trend:
İsrail və Suriya tezliklə təhlükəsizlik müqaviləsi imzalaya
bilərlər.
Trend-in
məlumatına görə, bu barədə “i24” televiziya kanalı mənbəyə
istinadən xəbər verib.
“Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraya yaxın bir
Suriya mənbəyi kanala bildirib ki, Suriya və İsrailin təhlükəsizlik
sazişi danışıqlarında son həftələrdə əhəmiyyətli irəliləyişlər əldə
edilib və sənəd tezliklə imzalana bilər”, – deyə qeyd edilib.
Məlumata əsasən, tərəflər bu uğuru ABŞ prezidenti Donald Trampın
dəstəyinə borcludurlar. Razılaşma tezliklə Avropa ölkələrindən
birində keçiriləcək yüksək vəzifəli Suriya və İsrail rəsmilərinin
görüşündə əldə edilə bilər.

