Ramzan Kadırov Prezident İlham Əliyevi təbrik edib

Baş səhifə

Bakı. Trend:

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan
Kadırov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.

Sizin həyat yolunuz böyük məsuliyyət hissinə və öz xalqına
sədaqətə malik qətiyyətli, iradəli və cəsur bir insanın
yoludur.

Məlumdur ki, Siz uzun illər ərzində fəaliyyətinizlə Azərbaycanın
vətəndaşları, onların rifahı və təhlükəsizliyi naminə çox böyük
işlər görmüsünüz, ən çətin vəziyyətlərdə özünüzü mətinliklə və
ləyaqətlə aparmış, qarşıya qoyulan vəzifələri yerinə
yetirmisiniz.

Azərbaycanda həyata keçirdiyiniz islahatlar kursu, siyasi
sabitliyin möhkəmləndirilməsi və milli iqtisadiyyatın inkişafı,
vətəndaşların rifahının yüksəldilməsi Sizə xalqın ən yüksək
etimadını qazandırmışdır.

Əminəm ki, Siz daha parlaq gələcəyə doğru çox addımlar
atacaqsınız, iş təcrübəniz və məsuliyyətiniz Azərbaycan xalqının
maraqları naminə nəzərdə tutulan bütün planların həyata keçməsinə
kömək edəcəkdir.

Sizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, uzun
ömür, davamlı sülh, firavanlıq arzulayıram”.