
Bakı. Trend:
“Barselona” müqaviləsi yayda başa çatan Andreas Kristensenlə
bağlı qərar verib.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, İspaniya çempionu danimarkalı futbolçunu
komandada saxlamaq istəyir.
Təcrübəli oyunçu özü də qalmağa isti yanaşır.
Qeyd edək ki, Andreas Kristensen 2022-ci ilin yayından “Barselona”da çıxış edir.


