Bakı. Trend:
ABŞ-nin Kaliforniya ştatında güclü qasırğa və yağışlar elektrik
enerjisinin kəsilməsinə və yolların bağlanmasına səbəb olub.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
ABŞ Milli Meteorologiya Xidməti Cənubi Kaliforniyadakı
qasırğanın ciddi risk yaratdığını bildirib.
Məlumata görə, hazırda güclü yağışlar nəticəsində ştatın bəzi
rayonlarında torpaq sürüşmələri baş verib və bəzi avtomobil yolları
bağlanıb, ştat üzrə təxminən 101 min ev işıqsız qalıb.
Ştatın qubernatoru Qevin Nyusom Los-Anceles də daxil olmaqla bir
neçə dairədə fövqəladə vəziyyət rejimi elan edib. Sinoptiklər
bölgədə daşqınların, dağlıq ərazilərdə güclü qarın və sürəti saatda
130 kilometrə çatacaq küləklərin olacağını proqnozlaşdırır.

