
Hindistanın Nyu-Delhi şəhərində keçirilən zorxana və pəhləvan güləşi üzrə Dünya Kubokunda Azərbaycan millisi uğurla çıxış edib.
Gənclər və İdman Nazirliyindən “Report”a verilən məlumata görə, zorxana üzrə komanda yarışlarında millimiz 3-cü yerə çıxıb.
Fərdi çıxışlarda Xəyyam Orucov 1 gümüş və 2 bürünc, Rəsov Səfərov 3 bürünc, Nihat Qasımov 3 bürünc, Tural Allahverdiyev isə 1 bürünc medal qazanıblar.
Pəhləvan güləşi üzrə yarışlarda İbrahim Yusubov qızıl, Fərid Qazıyev isə gümüş medal əldə ediblər. Ümumi medal sıralamasında Azərbaycan komandası Dünya Kubokunu 3-cü pillədə başa vurub.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


