Hesablama Palatası: Auditlər vətəndaş müraciətləri əsasında da formalaşa bilər

Baş səhifə

Hesablama Palatasının rəsmi saytında “audit təklif et” bölməsi mövcuddur və vətəndaşlar bu bölmə vasitəsilə istənilən dövlət qurumu üzrə audit təklifi irəli sürə bilirlər.

Bunu “APA-Economics”ə müsahibəsində Hesablama Palatasının aparat rəhbəri Tamerlan Yusif-zadə bildirib.

“Daxil olan müraciətlər risk qiymətləndirilməsi əsasında dəyərləndirilir. Burada icra olunan vəsaitin həcmi, əvvəlki auditlərin aparılıb-aparılmaması və s. meyarlar nəzərə alınır.

İcbari Tibbi Sığorta Fondunda audit məhz bu cür vətəndaş müraciətləri əsasında aparılan risk qiymətləndirilməsinə əsasən müəyyən edilib” – deyə Tamerlan Yusif-zadə qeyd edib.