
Xankəndi. Trend:
Qarabağ Universitetinin yeni açılan Biznes və İqtisadiyyat
fakultəsində 505 tələbə 7 ixtisas üzrə təhsil alacaq.
Bu fikirləri Trend-in bu gün Xankəndinə ezam olunan əməkdaşına
Biznesə və İqtisadiyyat fakultəsinin dekanı Kamran Məlikov
açıqlamasında bildirib.
Onun sözlərinə görə, Qarabağ Universitetinin Biznes və
iqtisadiyyat fakültəsi müasir akademik mühitin formalaşdırılması
istiqamətində əsas struktur bölmələrdən biridir:
“Fakültədə hazırda 20 professor – müəllim, inzibati və texniki
heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 505 tələbə
bakalavriat səviyyəsində 7 ixtisas – maliyyə, mühasibat uçotu,
dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat, menecment,
beynəlxalq ticarət və logistika, turizm işinin təşkili üzrə təhsil
alır. Tədris binasında 40 auditoriya, kitabxana, oxu və akt iclas
zalları, kompüter laboratoriyaları, inzibati otaqları mövcuddur.
Yaradılmış şərait pedaqoji potensialının gücləndirilməsinə,
tələbələrin bilik və bacarıqlarının inkişafına, əmək fəaliyyətlərin
genişləndirilməsinə imkan yaradacaq”.
O qeyd edib ki, Biznes və İqtisadiyyat fakültəsinin yeni tədris
binasının istifadəyə verilməsi universitetdə müasir səviyyədə
formalaşdırılması istiqamətində atılan mühüm addımlardan
biridir.
Qeyd edək ki, hazırda Qarabağ Universitetində 34 ixtisas üzrə 7
fakültədə 2154 tələbə təhsil alır.


