
Bakı. Trend:
İxtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı və
patentin verilməsi qaydalarında dəyişiklik ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin dekabrın 26-da
keçiriləcək plenar iclasının gündəliyində yer alan “Patent
haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz
əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) dərc olunmuş iddia sənədinə etirazın verilməsi
müddəti qurtardıqdan və ya ixtira, faydalı model və ya sənaye
nümunəsinə patentin verilməsinə dair qərar qəbul etdiyi tarixdən
etibarən 2 ay ərzində ixtira, faydalı model və ya sənaye
nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması üçün
dövlət rüsumu ödənilməsi şərtilə ixtira, faydalı model və ya sənaye
nümunəsini müvafiq dövlət reyestrində qeydə alacaq və iddiaçıya
patent verəcək.
Patentin qüvvədə saxlanılması üçün haqqın ödənilməsi patentin
qüvvədə olduğu il başa çatanadək həyata keçirilmədikdə müəyyən
edilmiş əlavə haqq ödənilməsi şərtilə patentin qüvvədə olduğu
müddətin bitdiyi tarixdən haqqın ödənilməsi üçün 6 ay əlavə möhlət
veriləcək.


