Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında yaşayan uşaqların bayram sevincinə şərik olublar

Baş səhifə

Bakı. Trend:

Dekabrın 24-də “Təmiz Dünya” sığınacağında yaşayan uşaqlar üçün
bayram şənliyi təşkil olunub.

Trend xəbər verir ki,
şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai
Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media
Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak
ediblər.

Şaxta baba və Qar qız nağıl qəhrəmanları ilə birlikdə şənlikdə
iştirak edən uşaqları əyləndirib, onlara xoş anlar yaşadıblar.




Uşaqların məktəbə rahat və təhlükəsiz şəkildə gedib-gəlmələrini
təmin etmək məqsədilə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva
tərəfindən mərkəzə yeni avtobus hədiyyə olunub.

Sonra Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva uşaqlara
hədiyyələr təqdim edib, balacaların sevincinə şərik olublar.