Bakı. Trend:
UEFA İtaliyanın “Napoli” klubunu cərimələyib.
Trend xəbər verir ki, Neapol
təmsilçisi Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turunun “Qarabağ”la matçında baş verənlərə görə ziyana düşüb.
Qurum İtaliya çempionunu ictimai keçidlərin bağlanmasına görə 12
min avro, azarkeşlərin pirotexniki vasitələrdən etməsi səbəbindən
isə 5250 avro cərimə edib.
Qeyd edək ki, “Napoli” – “Qarabağ” qarşılaşması meydan
sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

