
Bakı. Trend:
Avstraliyadan olan alimlər xərçəngin müalicəsində inqilabi
texnologiya icad ediblər. Yeni texnologiya şişli hüceyrələri
selektiv şəkildə hədəfə almağa imkan verir.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Melburnda yerləşən RMIT Universitetindən olan tədqiqat qrupu
əmin edir ki, “nanodotlar” adlandırdıqları son dərəcə kiçik metal
hissəciklər insan orqanizmində xərçəngli hüceyrələri
müəyyənləşdirib məhv etmə qabiliyyətinə malik ola bilər və bu,
hədəfli müalicələr üçün yeni imkanlar açır.
Tədqiqat hələ ilkin mərhələdədir və indiyədək yalnız
laboratoriya şəraitində yetişdirilmiş hüceyrələr üzərində sınaqdan
keçirilib. Heyvanlar və ya insanlar üzərində sınaqlar
aparılmayıb.
Bununla belə, əldə olunan nəticələr xərçəng hüceyrələrində
mövcud olan boşluqlardan faydalanmağın effektiv yeni
strategiyayasının formalaşdığını deməyə əsas verir.


