Netanyahu: İsrail müdafiə sənayesinin inkişafına 108 milyard dollar yatıracaq

Baş səhifə
Netanyahu: İsrail müdafiə sənayesinin inkişafına 108 milyard dollar yatıracaq

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin silah istehsalında müstəqilliyi artırmaqla bağlı planlarını açıqlayıb.

“Report” “The Times of Israel”ə istinadən xəbər verir ki, o bunu İsrail Hərbi Hava Qüvvələri pilotlarının buraxılış mərasimində deyib.

“Mən müdafiə və maliyyə nazirləri ilə birlikdə müstəqil sursat istehsalını yaratmaq üçün növbəti onillik üçün 108 milyard dollar məbləğində vəsaiti təsdiqlədim”, – o bildirib.

Baş nazir qeyd edib ki, yəhudi dövləti ABŞ, Böyük Britaniya və Almaniyanın İsrailə silah tədarükünə məhdudiyyətlər tətbiq etməsindən sonra bütün tədarükçülərdən, o cümlədən müttəfiqlərdən asılılığı azaltmağa çalışır. Eyni zamanda, o vurğulayıb ki, Almaniya Federativ Respublikası da daxil olmaqla bir çox ölkə İsrailin silah sistemlərini almağa maraq göstərir.