Bakı. Trend:
bp “Castrol”dakı 65%-lik payını ABŞ-nin investisiya şirkəti “Stonepeak”-ə təxminən 6 milyard dollara satmağa razılaşıb.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bu satış, bp-nin 20 milyard
dollarlıq aktiv satışı planı çərçivəsində borcu azaltmaq və
gəlirliliyi artırmaq məqsədi daşıyır.
Razılaşmaya əsasən, “Castrol”un ümumi dəyəri 10,1 milyard dollar
kimi qiymətləndirilir. bp isə satışdan sonra iki illik bağlanma
dövrü keçdikdən sonra payını tamamilə sata biləcək. Yeni yaradılan
birgə müəssisədə bp 35% payını saxlayacaq.
Bu satış, bp-nin əsas neft və qaz biznesinə fokuslanmaq və
sürtkü yağları bölməsini optimallaşdırmaq üçün atdığı mühüm addım
kimi qiymətləndirilir. Şirkət satışdan əldə edilən vəsaiti borcları
azaltmaq üçün istifadə etməyi planlaşdırır.
Qeyd edək ki, müqavilənin açıqlanmasından sonra bp-nin səhmləri
1%-dən çox dəyər qazanıb.

