Azərbaycanda icbari sığorta bazarı 7% böyüyüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda icbari sığorta
növlərinin hesabına 331,3 milyon manat sığorta haqqı
toplanılıb.

Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü
ilin eyni dövrü ilə müqayisədə 21,7 milyon manat və ya 7%
çoxdur.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər isə 5,7
milyon manat və yaxud 4,5% artaraq 131,7 milyon manata çatıb.




Beləliklə, 11 ayda icbari sığorta bazarında toplanmış hər 100
manat sığorta haqqının 39,7 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda
sığorta şirkətlərinin xətti ilə 1,365 milyard manat sığorta haqqı
yığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,2 milyon
manat və ya 11,7% çoxdur.

Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən
sığorta şirkətləri tərəfindən 844,8 milyon manat sığorta ödənişi
edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,8
milyon manat və ya 21,7% artım deməkdir.