Metronun bəzi stansiyasiyalarında nə üçün “Minik yoxdur” qeydləri yazılıb? – AÇIQLAMA

Baş səhifə

Bakı.Trend:

Bənöşəyi xətdə sərnişinlərin metropolitendən daha intensiv
istifadə etməsi üçün, intervalları azaldaraq müvafiq şərait
yaradılması məqsədilə 5-vaqonlu qatarlardan istifadə olunur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni”
QSC-dən bildirilib.




Qeyd edilib ki, bənöşəyi xətdə bütün stansiyalar 7 vaqonlu
qatarlar üçün hesablanıb və bu səbəbdən həmin stansiyalarda
qatarların dayanmayacağı sahələrdə “Minik yoxdur” qeydləri
yazılıb.

“Bu isə sərnişinlərin düzgün yönləndirilməsi, platformada qatara
minmək üçün düzgün sahələrdə yerləşməsi və onların rahatlığı üçün
atılmış növbəti addımdır”,-deyə qurumdan əlavə edilib.