Türkiyədə “Fənərbağça” prezidentinin narkotik testi müsbət çıxdı

Baş səhifə

Bakı. Trend:

Türkiyədə “Fənərbağça” futbol klubunun prezidenti Sadətdin
Saranın verdiyi narkotik testi müsbət çıxıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, klub rəhbərindən götürülmüş saç nümunəsində
kokain izləri aşkarlanıb. Nəticələrlə bağlı yekun hesabat İstanbul
baş prokurorluğuna yollanıb, Saranın özündən isə şəhəri tərk
etməməsi barədə yazılı iltizamnamə alınıb.




Sadətdin Saran – türkiyəli idmançı, biznesmen və idman klubu
rəhbəridir. O cari ilin sentyabr ayından bəri “Fənərbağça” klubunun
prezidenti vəzifəsini tutur.

Hazırda “Fənərbağça” klubu Türkiyə Super-Liqasının turnir
cədvəlində ikinci yerdə qərarlaşıb, klub “Qalatasaray”dan 3 xal
geridə qalır.