
BMT-nin Baş katibi Antonio Quterreş ABŞ ilə Venesuela arasındakı gərginliyi azaltmaq üçün şəxsi vasitəçiliyi təklif etmək də daxil olmaqla, istənilən diplomatik səyləri dəstəkləməyə hazırdır.
“Report”un məlumatına görə, bunu BMT-də Baş katibin siyasi və sülh quruculuğu məsələləri üzrə köməkçisi Xalid Xiari bildirib.
Xiari BMT Təhlükəsizlik Şurasının Venesuela üzrə iclasında bildirib: “Baş katib hər iki tərəfin xahişi olarsa, vasitəçilik xidmətləri də daxil olmaqla, diplomatik əlaqələr üzrə istənilən səyləri dəstəkləməyə hazırdır. O, BMT üzv dövlətlərinin vasitəçilik və dinc həllər üzrə təşəbbüslərini alqışlayır”.
Onun sözlərinə gör, dialoq uzunmüddətli sülhə aparan yeganə mümkün yoldur.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


