“Lans” Amadu Aydarı transfer edib

Baş səhifə

Bakı. Trend:

“Lans” klubu rəsmi saytında yarımmüdafiəçi Amadu Aydarın
transferini açıqlayıb.

Trend xəbər verir
ki, oyunçunun yeni klubu ilə müqaviləsi 2029-cu ilin yayına
qədərdir.




Aydar 2016–2019-cu illərdə “Red Bull Zalsburq”da, 2019-cu ildən
isə “RB Leypsiq”də oynayıb. Alman klubunda 222 oyun keçirərək 15
qol vurub və 13 məhsuldar ötürmə edib, lakin bu mövsüm heyətdəki
yerini itirib.

O, həmçinin 2017-ci ildən Mali millisində də çıxış edir. “Lans”
hazırda Liqa 1 turnir cədvəlinə başçılıq edir.