Liviyada Baş Qərargah rəisinin ölümü ilə bağlı üç günlük matəm elan edilib

Baş səhifə
Liviyada Baş Qərargah rəisinin ölümü ilə bağlı üç günlük matəm elan edilib

Liviyanın Tripoli şəhərində yerləşən Milli Razılıq Hökuməti ölkənin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın Türkiyədə baş verən təyyarə qəzasında həlak olması ilə bağlı üç günlük matəm elan edib.

“Report” xəbər verir ki, bu barədə Liviyanın “Libia əl-Ahrar” televiziya kanalı məlumat yayıb.

Qeyd olunub ki, matəm bütün ölkə ərazisində qüvvədə olacaq.

Qeyd edək ki, Ankara-Tripoli reysi ilə uçan təyyarədə Liviyanın Baş qərargah rəisi ilə birlikdə 5 nəfər olub. Artıq təyyarənin qalıqları aşkar edilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, Ankaradakı Esenboğa hava limanından Tripoliyə uçan təyyarənin qalıqları jandarma bölmələri tərəfindən Haymana rayonunun Kesikkavak kəndindən 2 km cənubda tapılıb.

Öz növbəsində Liviyanın Milli Birlik Hökumətinin Baş naziri Abdel Hamid Dbeyba Türkiyədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın və onu müşayiət edən hərbi nümayəndə heyətinin üzvlərinin təyyarə qəzasında vəfat etdiyini təsdiqləyib.