Çin ABŞ-ni nüvə tərk-silahı ilə bağlı nümunə olmağa çağırıb

Baş səhifə
Çin ABŞ-ni nüvə tərk-silahı ilə bağlı nümunə olmağa çağırıb

ABŞ digər ölkələrin nüvə tərk-silahı üçün şərait yaratmalıdır.

“Report”un “İnterfaks”a istinadən məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Lin Tszyan bildirib.

“ABŞ böyük nüvə arsenalına malik ölkə olaraq nüvə tərk-silahında xüsusi məsuliyyət nümayiş etdirməlidir. Eyni zamanda, nüvə silahına sahib olan digər ölkələrin tərk-silah prosesinə qoşulması üçün şərait yaratmalıdır”, – XİN nümayəndəsi qeyd edib.

L.Tszyan həmçinin qeyd edib ki, Çinin son zamanlarda 100-dən çox qitələrarası ballistik raketi yerləşdirməsi barədə Vaşinqtonun iddiaları qlobal sabitliyi sarsıdır və bu davranış ABŞ nüvə qüvvələrinin modernləşdirilməsi üçün bir bəhanədir.