Bakı. Trend:
Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarənin ABŞ-nin Texas
ştatında eniş edərkən qəzaya uğraması nəticəsində dörd nəfər sağ
qalıb, iki nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə Meksika Hərbi Dəniz
Qüvvələri Nazirliyi bildirib.
“İndiyə qədər altı nəfərin tapıldığı müəyyən edilib: dördü
sağdır, ikisinin öldüyü təsdiqlənib. Qəzaya uğrayan təyyarənin
içərisində olan daha iki nəfərin xilas edilməsi üçün səylər davam
edir”, – deyə nazirlik qeyd edib.
Meksika Hərbi Dəniz Qüvvələrinin məlumatına əsasən, “King Air
ANX 1209” təyyarəsi humanitar missiya yerinə yetirirdi və Texas
ştatının Qalveston şəhəri yaxınlığında eniş edərkən qəzaya
uğrayıb.

