Bakı. Trend:
Nigeriya və ABŞ ikitərəfli münasibətlərindəki mübahisəli
məsələləri əsasən həll edə biliblər.
Trend-in
məlumatına görə, bu barədə illik mətbuat konfransında Nigeriyanın
informasiya naziri Məhəmməd İdris bildirib.
“Məqsədyönlü və hörmətə əsaslanan dialoq vasitəsilə ABŞ ilə son
diplomatik münaqişə əsasən həll edilib və nəticədə ABŞ-Nigeriya
tərəfdaşlığı güclənib”, – deyə o qeyd edib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Pentaqona Nigeriyadakı
xristianları qorumaq üçün güclü tədbirlərə hazırlaşmaq tapşırığını
verdiyini və ABŞ-nin yardım göstərməyi və əməkdaşlığı dayandıra
biləcəyi barədə xəbərdarlıq etdiyini bildirmişdi.
Lakin, M. İdris həmçinin Vaşinqtonun Nigeriyaya 2,1 milyard
dollarlıq humanitar yardım göstərəcəyini və nazirin sözlərinə görə, “hər bir nigeriyalı” bundan faydalanacağını açıqlayıb.

