Gənc hakim faciəvi şəkildə vəfat etdi –

Baş səhifə

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol qəzasında həyatını itirib.

Metbuat.az xəbər verir ki, hadisə Novxanı-Pirşağı yolunda qeydə alınıb.

İlkin məlumata görə, A.Rzayevanın idarə etdiyi “Nissan” markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə hakim hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.