
Bakı. Trend:
“İnter”in yarımmüdafiəçisi Davide Frattezi karyerasını Türkiyə
Super Liqasında davam etdirə bilər.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
“Fənərbaxça” italiyalı futbolçunu transfer etmək istəyir.
İtaliya klubu Frattezi üçün 30 milyon avro tələb edir. İstanbul
nəhəngi 26 yaşlı oyunçunu yanvar ayında məcburi satınalma bəndi ilə
icarəyə götürməyə çalışacaq.
Qeyd edək ki, “İnter” Davide Frattezini 2023-cü ilin yayında “Sassuolo”dan transfer edib.


