Ukrayna Çin vətəndaşlarına sanksiya tətbiq edəcək

Baş səhifə

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hərbi sənayesi
ilə əməkdaşlıq edən Çin vətəndaşlarına qarşı sanksiyaların tətbiq
olunacağını elan edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, məhdudlaşdırıcı tədbirlər ilin sonunadək qüvvəyə
minəcək.

Qeyd edilir ki, sanksiyalar həmçinin Rusiyanın Ukraynaya qarşı
xüsusi hərbi əməliyyatını dəstəkləyən və Rusiya təsirinin KİV-lərdə
təbliğinə xidmət edən şəxslərə, eləcə də idman karyerasından və
cəmiyyətin idmana olan diqqətindən “Rusiya təcavüzünün
şöhrətləndirilməsi” üçün istifadə edən idmançılara şamil
olunacaq.