
Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyi, Respublika Şahmat Mərkəzi (Məktəbi) arasında müqavilə imzalanıb.
“Report”un məlumatına görə, tədbirdə nazir Fərid Qayıbov, AŞF prezidenti Mahir Məmmədov, Respublika Şahmat Mərkəzinin (Məktəbi) direktoru Elşən Məmmədov iştirak ediblər.
Anlaşmaya əsasən, qurumlar şahmatın inkişafı üçün birgə çalışacaqlar.
Mahir Məmmədov sənəddə nəzərdə tutulan işlərin yerinə yetiriləcəyini vurğulayıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


