
Xüsusi əməliyyat nəticəsində Rusiyanın Lipetsk şəhərindəki hərbi aerodromda Su-27 və Su-30 təyyarələri məhv edilib.
APA xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Telegram” kanalına istinadən məlumat yayıb.
Qeyd olunur ki, Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi iki qırıcının dəyəri təxminən 100 milyon ABŞ dollarına bərabərdir.


